Ülvi Bacarani 7 turdan sonraDünya Çempionatında 2-ci yerdədir
Xantı-Mansiyskdə keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə Dünya Çempionatında 7-ci turun oyunları başa çatıb.

Oğlanların çempionatında 7-ci turda qara fiqurlarla oynayan Ülvi Bacarani Ermənistan şahmatçısı Karen Qriqoryan üzərində qələbə qazanıb. Beləliklə , Bacarani 7 turdan sonra 5.5 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Nicat Abasov isə Norveçli Aryan Tari ilə sülh bağlayaraq aktivindəki xalların sayını 5-ə çatdırıb. Misrətdin İsgəndərov isə bu turda Argentina şahmatçısı Alan Pichota məğlub olub.

Qızların çempionatında 7-ci turda Səbinə İbrahimova Monqolustan təmsilçisi Bayarma Bayarjarqal üzərində qəlabə qazanaraq 6-cı pilləyə yüksəlib. Günay Məmmədzadə isə Qazaxıstan şahmatçısı Jansaya Abdulmalikə məğlub olub və 4.5 xalla 10-cu yerdədir. Ülviyyə Fətəliyeva 3.5 xal, Aytən Əmrayeva isə 3 xal toplayıb.

Yarış isveçrə sistemi ilə keçirilir və 13 turdan ibarətdir.

Xəbər 680 dəfə oxundu.