Azərbaycan millisinin üzvü üçün şok: klubu dağılmaq üzrədir
Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geydiyi Zaporojye “Metallurq”u ciddi problemlərlə üz-üzədir. Zaporojye təmsilçisi rəsmi olaraq oktyabrın 1-dən klubun maliyyələşdirilməsinin dayandırılacağını bəyan edib. Klubun rəsmi saytında yer alan bəyanatda bildirilir ki, istənilən şərtlərlə klub yeni sponsora təhvil verilməyə hazırdı. Hazırki durumda Ukraynada baş verən siyasi və iqtisadi böhran da kluba ciddi problemlər yaradır. “Metallurq”un gələcək taleyi sual altındadır.

Qeyd edək ki, 6 turdan sonra “Metallurq” autsayderlər qrupunda qərarlaşıb.

Xəbər 1040 dəfə oxundu.