Xəzər Lənkəran FİFA-dan cavab gözləyir
"Xəzər Lənkəran" yeni transferlərinin oynaması üçün FİFA-dan müsbət cavab gözləyir. Dünya futbol qurumu artıq bu həftə cənub klubuna buna dair məktub göndərməlidir.

Qeyd edək ki, "ağ-yaşıllar" bu yay Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini transfer etsə də, onları sifariş ərizəsinə daxil edə bilmir. Çünki FİFA cənub klubuna transfer qadağası qoyub. Amma həmin qadağa bu ay başa çatıb. İndi dünya futbol qurumu bu qadağanın aradan götürülməsinə dair rəsmi təsdiq məktubu göndərməlidir ki, "Xəzər Lənkəran" bu futbolçularının xidmətindən yararlana bilsin.

Xəbər 673 dəfə oxundu.