UEFA Türkiyə yığması ilə bağlı qərar verib
UEFA Türkiyə yığmasının AVRO-2016-nın seçmə qrup mərhələsində İslandiya ilə evdə keçirəcəyi oyunun stadionu ilə bağlı qərar verib. Görüş Konyada baş tutacaq.

Türkiyə Futbol Federasiyası qarşılaşmanın Bursada "Timsah Arena"da keçirilməsini istəsə də, Avropa futbol qurumunun nümayəndələri həmin stadionu yoxladıqdan sonra bunun mümkünsüzlüyünü bildiriblər. Bu səbəbdən, komandalar Konyada yerləşən "Torku Arena"da üz-üzə gələcəklər.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Türkiyə - İslandiya matçı Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Xəbər 694 dəfə oxundu.