"Qarabağ" rəqibini "Dalğa Arena"da qəbul edəcək
Premyer Liqanın IV turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşması "Dalğa Arena"da baş tutacaq.

Buna səbəb Ağdam klubunun ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanması olub. "Qarabağ"ın bazasında son tamamlama işləri getdiyindən qarşılaşma "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, oyun sentyabrın 12-də baş tutacaq və saat 20.30-da start götürəcək.

Xəbər 805 dəfə oxundu.