“Nou Kamp”ın adı dəyişdiriləcək | |
“Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun adı dəyişdiriləcək. Kataloniya klubu bundan əlavə pul qazanacaq. Belə ki, “Barselona” rəhbərliyi 250 milyon avro qarşılığında stadionun adının 10-15 il müddətinə dəyişdirilməsinə razıdı. La Liqa təmsilçisi həmin məbləği arenanın yenidən qurulmasına xərcləmək niyyətindədi. Qeyd edək ki, bir müddət öncə “Nou Kamp”ın adına “Qatar Airways” aviaşirkətinin adının əlavə olunacağı bildirilirdi. |
|
Xəbər 632 dəfə oxundu. |
|
|