"Zirə" Konseysao ilə müqavilə imzaladı
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Premyer Liqa klubu braziliyalı futbolçu Eduardo da Konseysao Masiellə müqavilə imzalayıb. “Zirə”yə azad agent kimi keçən “sambaçı” qarşıdakı 2 ili paytaxt klubunda keçirəcək.

Karyerasına ölkəsinin “Alaqona” klubunda başlayan 28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edu zəngin legioner karyerası da yaşayıb. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm isə o, ölkəmizdə AZAL-ın heyətində yer alıb.

Xəbər 832 dəfə oxundu.