“Xəzər Lənkəran”ın milli futbolçuları sıraya döndülər
Premyer Liqanın IV turu çərçivəsində, sentyabr ayının 12-də səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənəran” hazırlıqlarını davam etdirir.

Komanda sentyabrın 8-də doğma şəhərdə növbəti məşqini keçirib.

Stadionun ehtiyat meydançasında keçən hazırlıq prossesində milli komandanın düşərgəsindən qayıdan Rahid Əmirquliyev, Ruslan Abışov və Vüqar Nadirov da iştirak ediblər.

Digər milli futbolçumuz Elnur Cəfərov isə İlyas Səfərzadə ilə Orxan Əliyevin qatıldığı U-21 millisinin düşərgəsinə yollanıb.

Xəbər 678 dəfə oxundu.