Bu gün FİDE prezidenti Bakıya gəlir
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da Azərbaycana gələcək.

Bu gün saat 17:45-də "Fairmont" hotelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək.

"Report"

Xəbər 602 dəfə oxundu.