Runi Çarltonun rekordunu yenilədi
“Mançester Yunayted”in hücumçusu Ueyn Runi İngiltərə yığmasında ən çox qol vuran futbolçu adını ələ keçirib.O, buna Avro-2016-nın seçmə mərhələsində İsveçrə ilə qarşılaşmada nail olub.

İngilislərin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə ikinci qolu məhz Runi vurub. Nəticədə 30 yaşlı hücumçu millidə vurduğu qolların sayını 50-yə çatdıraraq, əfsanəvi futbolçu Bobbi Çarltonun rekordunu təzələyib.

Aktivində 49 qol olan Çarltonun rekordu xeyli müddət idi ki, qüvvədə qalırdı. Lakin millidə 107-ci görüşünə çıxan Runi bunu yeniləməyi bacarıb.

Xəbər 688 dəfə oxundu.