Azərbaycan güləşçisi dünya çempionatının final mərhələsinə yüksəlib
ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov yarımfinaldakı görüşünü də təmiz qələbə ilə udub.

Qırğızıstan təmsilçisi Arsen Yeraliyev üzərində 0:4 hesablı qələbə qazanan Bayramov 59 kq çəki dərəcəsində finala yüksəlib.

Qeyd edək ki, Rövşən Bayramov artıq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 708 dəfə oxundu.