Avro - 2016: Avstriya Rusiya, Finlandiya Farer adaları üzərində qələbə qazandı
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VIII tura yekun vurulub.

Sonuncu matç günündə C, E və G qruplarında görüşlər baş tutub.

C qrupunda İspaniya millisi səfərdə Makedoniyaya qalib gəlib. Qrupun digər oyununda isə Slovakiya və Ukrayna yığmaları qolsuz bərabərliyə qalıblar.

E qrupunda lider İngiltərə yığması İsveçrəni məğlub edib. Digər matçda isə Estoniya Sloveniyaya uduzub.

G qrupunun lideri Avstriya səfərdə İsveçli darmadağın edib. Rusiya isə Lixteynşteyni meydana çıxdığına peşman edib.

Xəbər 793 dəfə oxundu.