Daha bir etimad
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA Avropadan yeni təyinat alıb. İdman.com.az saytının məlumatına görə, həmyerlimizə qadın basketbolçular arasında Avropa Kubokunun yarımfinal matçı etibar edilib. O, fevralın 2-də Kayseridə baş tutacaq “Kayseri Kaskispor” (Türkiyə) – “Hainaut Basket” (Fransa) görüşündə ədaləti qoruyacaq.
Qeyd edək ki, bu klublar arasında ilk oyundur.

Xəbər 1208 dəfə oxundu.