"Oyundan və nəticədən razıyam"
Almaniyanın U-21 millisinin baş məşqçisi Horst Hrubes "Avro-2017"nin seçmə mərhələsində millimizə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

“Bu gün meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, öyrənməli olduqları çox şey var. Bununla belə, oyundan və nəticədən razıyam”.

Xəbər 672 dəfə oxundu.