Bakının “Neftçi” klubu braziliyalı futbolçunu heyətinə qatıb
Braziliyalı futbolçu Jairo Rodriges Filyo Bakının “Neftçi” klubu ilə müqavilə imzalamaq üçün paytaxtımıza gəlib.

Müdafiəçi dünən komandanın səhər məşqində də iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə “Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 1992-ci ildə Braziliyada anadan olan Jairo Rodriges Filyo indiyədək ölkəsinin “Amerika” (2011-2012-ci il), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.

AZƏRTAC

Xəbər 708 dəfə oxundu.