“Bakı”dan 3 transfer
“Bakı” klubu qış transfer dövründə 3 futbolçunun transferini həyata keçirib. İdman.com.az saytının məlumatına görə, bu barədə xəbəri lent.az-a komandanın baş məşqçisi Aleksandr Starkov verib. Gələnlər Sloveniyanın “Domjale” klubunun mərkəz yarımmüdafiəçisi Lukaş Xorvat, Xorvatiyanın “Rieka” klubunun mərkəz müdafiəçisi Duje Bakoviç, Serbiya yığmasının və “Srvena Zvezda” klubunun sabiq dayaq müdafiəçisi Nenad Kovaçeviçdir.
İlk 2 adı çəkilən futbolçu artıq məşqlərə də qatılıblar. Kovaçeviç isə hələlik komandanın düşərgəsində deyil.

Xəbər 937 dəfə oxundu.