Miralem Pyaniç 3 həftəliyinə sıradan çıxdı
Romanın yarımmüdafiəçisi Miralem Pyaniç zədə səbəbilə 3 həftə oynaya bilməyəcək.

25 yaşlı xavbek bazar günü Bosniya ilə Andorra arasında qarşılaşmanın fasiləsində əvəz edilmişdi . (3:0).

Məlumata görə futbolçunun pəncəsində xəsarət var.Onun bu zədəsini müalicə etməsinə ən azı 15-20 gün vaxt lazım gələcək.

Beləliklə də Pyaniç Frozinone, Sassuolo və Sampdoriya ilə qarşılaşmanı buraxmalı olacaq. Bundan əlavə Pyaniç sentyabrın 16-da Barselonaya qarşı oyunu da buraxacaq.

Xəbər 715 dəfə oxundu.