"Qarabağ"ın rəqibinin futbolçusu sağaldı
"Monako"nun futbolçusu Joau Moutinyo məşqlərə başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, bu gün, komanda ilə ümumi məşqlərdə iştirak edib. Onun Fransa Liqasının 5-ci turunda "Qazelekom"la matçda iştirak edə biləcəyi bildirilib.

Qeyd edək ki, J.Moutinyo ölkə çempionatının ikinci turunda "Lill"ə qarşı oyunda zədələnmişdi.

Xatırladaq ki, "Monako" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Xəbər 687 dəfə oxundu.