Qəbələ Olimpiya İdman Kompleksində taekvondo üzrə “Koreya səfiri kuboku” yarışı təşkil ediləcək
Sentyabrın 12-də Qəbələ şəhərində taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışı start götürəcək.

Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarış iki gün davam edəcək. Yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 1998-2000-ci il təvəllüdlü gənc idmançıları dayanq üzərinə çıxacaqlar.

Qaliblər ATF və Koreya Respublikası səfirliyinin diplom, medal və müxtəlif hədiyyələri ilə mükafatlandırılacaq.

Turnir Qəbələ Şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər 854 dəfə oxundu.