“Qarabağ” “Neftçi”nin qəniminə qarşı
“Qarabağ”ın Antalyada 5 yoxlama oyunu keçirəcəyi məlum olsa da rəqiblərdən yalnız 2-nin adına əvvəldən aydınlıq gəlmişdi. İdman.com.az saytının məlumatına görə, Qazaxıstanın “Taraz” və Avstriya “Rid”inə uduzan ağdamlılar digər 3 rəqiblə bağlı qeyri-müəyyənliyə də son qoyub.

Komanda sabah Rumıniyanın məşhur “Vaslui” klubu ilə qarşılaşacaq. Son 2 mövsüm ölkə çempionatın bürünc mükafatçısı, cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış karpatlarla oyun Bakı vaxtıyla saat 18:30-da start götürəcək. Yanvarın 31-də “göylər” daha bir rumın klubu - “Petrolul Ploeşti” ilə üz-üzə gələcək. Sonuncu görüş fevralın 3-də 2-qat Gürcüstan çempionu “VİT Corciya” ilə olacaq.

Xəbər 976 dəfə oxundu.