Lənkəranda qarışıq döyüş növləri üzrə respublika çempionatı keçirilib
Lənkərandakı Cənub Regional Boks Mərkəzində qarışıq döyüş növləri üzrə respublika çempionatı keçirilib.

Bütün yaş qruplarını əhatə edən çempionatda 220 idmançı qələbə uğrunda mübarizə aparıb. Yarışa 44 idmançı ilə qoşulan lənkəranlılar 25 medala sahib olublar. Bunun 9-u qızıl, 13-ü gümüş, 3-ü isə bürünc medaldır. Ümumi komanda hesabında lənkəranlı idmançılar birinci yeri tutublar.

Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin direktoru Sevindik Mehdiyev yarışların təşkilindən və idmançıların çıxışından razı qaldığını bildirib.

Qeyd edək ki, qarışıq döyüş idman növü üzrə respublika yarışları ildə iki dəfə keçirilir. Bunlardan biri Azərbaycan kuboku yarışları, digəri isə ölkə çempionatıdır.

Xəbər 734 dəfə oxundu.