ABŞ-da keçirilən dünya çempionatı zamanı Rusiyanın yeni himnini köhnəsi ilə qarışdırıblar
ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında Rusiyanın dövlət himni qarışdırılıb. Olay 75 kq çəki dərəcəsində kürsünün ən yüksək pilləsinə rusiyalı Roman Vlasovun şərəfinə himn səsləndirilərkən baş verib.

Təşkilatçılar Mixail Qlinkanın bəstələdiyi Rusiyanın köhnə himnini səsləndiriblər. İdmançı isə buna etirazını bildirib. Qısa fasilədən sonra yanlışlıq aradan qaldırılıb və Rusiyanın müasir himni səsləndirilib.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 12-də başa çatacaq.

"Report"

Xəbər 670 dəfə oxundu.