Eddi İsrafilovun komandası ilkə imza atdı

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun formasını geyindiyi İspaniyanın “Eybar” klubu tarixi ərzində özünə aid göstəricini yeniləyib. Hazırda La Liqa klubunun heyətində heç vaxt olmadığı qədər - 7 legioner futbolçu çıxış edir.

Komandanın öz göstəricisini yeniləməsində İsrafilov da pay sahibi olub. Onun İspaniya vətəndaşlığı olsa da, Eddi anasının vətəni – Azərbaycan yığmasında oynadığı üçün siyahıda legioner kimi göstərilib.

İsrafilovla yanaşı, Qonsalo Eskalante, Mauro dos Santos, Simone Verdi, Aleksandr Pantiç, Takasi İnui və İzzət Hayroviç da hazırda “Eybar”da çıxış edən əcnəbi statuslu futbolçulardı.

Xəbər 667 dəfə oxundu.