"Qəbələ"nin rəqibi yoxlama matçına çıxır
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Dortmund təmsilçisi II Bundesliqada çıxış edən "Sankt Pauli" klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Sankt Pauli" II Bundesliqada geridə qalan 5 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşıb.

8 sentyabr

Yoxlama oyunu

21:30. "Sankt Pauli" - "Borussiya"

Xəbər 663 dəfə oxundu.