Spartakiadada atletika və üzgüçülük yarışları başa çatıb
Sentyabrın 7-də startı verilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına davam edir. Hər ilin sentyabrında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan tədbir daim iştirakçıların böyük marağına səbəb olur.

Belə ki, Spartakiadaya atletika və mini-futbol yarışlarına start verilib. İsmət Qayıbov adına Təlim-İdman Bazasında təşkil olunan atletika yarışları elə ilk günündə sona çatdısa, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən mini-futbol turniri hələ bir neçə gün davam edəcək.

Bu gün isə "Start” İdman Kompleksində üzgüçülük növü üzrə yarışlar keçirilib. Azarkeşlərin maraqla izlədiyi yarış kişilər və qadınlar arasında ayrılıqda təşkil olunub. Komandaların böyük həyəcanla mübarizə apardıqları üzgüçülük yarışlarına yekun vurulub.

Xəbər 543 dəfə oxundu.