“Qarabağ”ın rəqibi 18 yaşlı hücumçu alır
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” klubu heyətinə yeni futbolçu qatmaq niyyətindədi. İngilislər “Bazel”in hücumçusu Bril Embolo ilə danışıq aparırlar.

London klubu 18 yaşlı futbolçunun transferinə 10 milyon funt-sterlinq xərcləməyə hazırdı. Ancaq bu keçidin baş tutması üçün “Tottenhem” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Londonun digər təmsilçisi, “Tottenhem”in əzəli rəqibi “Arsenal” da Embolonun xidmətində maraqlıdı.

Danni Uelbekin zədələnməsindən sonra ixtiyarında cəmi 2 hücumçu olan Arsen Venger də Embolonun alınmasını tələb edib. Odu ki, “topçular”ın İsveçrə klubuna daha sərfəli təklif göndərəcəyi istisna edilmir.

Qeyd edək ki, “Tottenhem” Avroliqanın qrup mərhələsi çərçivəsində ilk görüşünü sentyabrın 17-də məhz “Qarabağ”a qarşı keçirəcək.

Xəbər 651 dəfə oxundu.