Paytaxt klubu «Beşikdaş» və «Qalatasaray»la görüşəcək
Qadın voleybolçular arasında keçirilmiş Azərbaycan Super Liqasının VII turunda «Bakı» klubu istirahət etdi. İdman.com.az-ın məlumatına görə, yaranmış fasilədən istifadən edən «zolaqlılar», dünən İstanbul şəhərinə təlim-məşq toplanışına yola düşüb.

Baş məşqçi Angelo Verçesi Türkiyənin mədəni paytaxtında yerli klublarla yoxlama oyunu da keçirməyi planlaşdırır. Bu barədə xəbəri saytımıza komandanın aparıcı voleybolçusu Natəvan Afşar deyib. Milli komandamızın toppaylayacı oyunçusu bildirib ki, «Bakı»nın İstanbula səfərinin məqsədi sınaq matçlarda qüvvəni sınamaqdır:

«Plana əsasən «Beşikdaş» və «Qalatasaray» klubları ilə yoxlama matçları keçirəcəyik. Amma ola bilsin, «Əczaçıbaşı» ilə də oynadıq. Bazar gününə qədər burdayıq. Qarşımızda ciddi hədəflər var: «Çelenc Cup» turnirini qazanmaq istəyirik. Üstəlik, Super Liqa da mükafata layiq yer tutmaq istəyirik. Məqsədimizə çatmaq üçün çox çalışmalı, görüşlər keçirməli və yaxşı voleybol »nümayiş etdirməliyik».

KAMRAN

Xəbər 1063 dəfə oxundu.