Valeriya Korotenko qərarını verdi
Azərbaycan millisinin voleybolçusu Valeriya Korotenko yeni mövsümlə bağlı qərarını verib. 31 yaşlı libero yenidən ölkənin ən köklü klubu olan “Azərreyl”də oynayacaq.

Əsas uğurlarını məhz “dəmiryolçular”la qazanan Korotenko Avropa çempionatı öncəsi yeni müqaviləyə imza atıb. “Azərreyl”ə sadiq olan Valeriya ən azı 2015/2016 mövsümünü Bakı klubunda keçirəcək.

Baş məşqçi postuna Bülənt Karslıoğlunu gətirən “dəmiryolçylar” bunadək Stefanye Enray, Natalia Valentin (hər ikisi Pierto-Riko), Nutsara Tomkom, Vanna Buakeva (Tailand), Cessika Cons, Madison Kinqdon, Hali Ekerman (ABŞ) və Fatu Diukla (Seneqal) müqavilə bağlayıb. Həmçinin, ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova da komandada qalacaq.

Qeyd edək ki, Korotenko ötən mövsümü ana olduğu üçün boşa verib. Maydan məşqlərini bərpa edən libero artıq yığmanın heyətində Avropa Oyunlarına da qatılıb və Avropa çempionatında da iştirak edəcək.

Xəbər 739 dəfə oxundu.