Yığmamız İtaliyaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliyaya yollanıb. Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri 3 gün burada qalıb, 2 yoxlama oyunu keçirdikdən sonra Sloveniyaya gedəcək.

Komandamızın Mariborda da bir neçə sınaq matçı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 26-da başlayacaq.

Xəbər 726 dəfə oxundu.