"Fənərbaxça"da daha bir ciddi itki
"Fənərbaxça" daha bir ciddi itki ilə üzləşib.

Komandanın müdafiəçisi Simon Kyaer zədələnərək sıradan çıxıb.

Danimarkalı futbolçu "Avro-2016"nın seçmə mərhələsində Ermənistanla keçirilən görüşdə (0:0) zədələnib. Matçın 80-ci dəqiqəsində sağ ayağından zədə alan Kyaer oyunu davam etdirə bilməyib. Hələlik futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.

Qeyd edək ki, Kyaerlə yanaşı, "Fənərbaxça"da Abdullaye Ba və Bruno Alveş də zədəlidir.

Xəbər 689 dəfə oxundu.