Messinin 8 qolu qaldı
Argentina millisinin hücumçusu Lionel Messi daha bir rekorda doğru irəliləyir.

Boloviya ilə yoldaşlıq görüşündə dubl edən Messi yığmada vurduğu qolların sayını 48-ə yüksəldib.

28 yaşlı futbolçu daha 8 dəfə fərqlənəcəyi təqdirdə Argentina millisinin ən çox qol vuran sabiq hücumçusu Qabriel Batistutaya çatacaq. Komandanın baş məşqçisi Xerardo Martino da Messinin Batistutanın rekordunu təkrarlayacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Messi Argentina millisinin heyətində ilk matçına 2005-ci ildə Macarıstanla görüşdə çıxıb.

Xəbər 667 dəfə oxundu.