"Zirə"nin hücumçusu sıradan çıxdı
“Bakı” ilə yoxlama oyununda (4:0) zədələnən "Zirə"nin hücumçusu Nurlan Novruzovun durumuna aydınlıq gəlib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən Novruzovun topuğ bağında yırtıq aşkarlanıb.

Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib.

Xəbər 843 dəfə oxundu.