Azərbaycan Almaniya ilə üz-üzə
21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində üçüncü matçına çıxacaq. Millimiz “Dalğa Arena”da Almaniya yığmasını qəbul edib.

Qeyd edək ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız cari seçmə mərhələyə uğurlu başlamışdı. İlk oyununda Farer adaları üzərində səfər qələbəsinə sevinən millimiz dörd gün öncə doğma meydanda bu uğurun davamını gətirə bilməmişdi. Belə ki, "Dalğa Arena"da Avstriyaya iki cavabsız qolla uduzmuş millimiz indi eyni stadionda Almaniyaya müqavimət göstərməyə çalışacaq. Hansı ki, bu komanda qrupda ilk matçını məhz Bakıda keçirəcək.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
8 sentyabr

19:00. Azərbaycan - Almaniya
Bakı. "Dalğa Arena".
Baş hakim: Aleksandre Bukat (Belçika).

Xəbər 758 dəfə oxundu.