“Qarabağ” və “Qəbələ” komandalarının avroliqadakı ev oyunlarının başlanma saatı dəyişib
Ağdamın “Qarabağ” və “Qəbələ” futbol komandalarının UEFA Avropa Liqası yarışlarının qrup mərhələsindəki ev oyunlarının başlama saatı dəyişdirilib.

“Qəbələ” üçüncü tur çərçivəsində oktyabrın 22-də Almaniyanın “Borussiya” (Dortmund), “Qarabağ” isə noyabrın 5-də dördüncü turda Fransanın “Monako” komandasını saat 20:00-da qəbul edəcək.

“Qəbələ”nin ilk və sonuncu turlarda Yunanıstanın PAOK və Rusiyanın “Krasnodar” klubları, “Qarabağ”ın isə ikinci və beşinci turlarda İngiltərənin “Tottenhem” və Belçikanın “Anderlext” kollektivlərinə qarşı ev oyunları saat 22:00-da başlanacaq.

Xəbər 675 dəfə oxundu.