Lənkəranlı şahmatçı beynəlxalq yarışda qızıl medala sahib olub
Rusiyanın Həştərxan şəhərində keçirilən beynəlxalq şahmat yarışında Azərbaycanı Lənkəran şəhər şahmat məktəbinin 5 zəka sahibi təmsil edib.

Turnirdə müxtəlif ölkələrdən 225 şahmatçı müxtəlif reytinq və yaş qruplarında mübarizə aparıb.

Doqquz turdan ibarət yarışın baş mükafatına 13 yaşadək şahmatçılar arasında Lənkəranın on bir yaşlı idmançısı Hacıəli Əhədzadə sahib olub.

Həmyerlimiz 9 oyundan 8 xal toplayaraq birinci yeri tutub və qızıl medala layiq görülüb.

Hacıəli Əhədzadəyə diplom, medal və pul mükafatı verilib.

Xəbər 712 dəfə oxundu.