Bakının “Azərreyl” voleybol komandasının yeni mövsüm üçün heyəti müəyyənləşib
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının 2015-2016-cı il mövsümü üçün heyəti müəyyənləşib.

Çempionlar Liqası yarışlarında Azərbaycanı təmsil edəcək komandanın heyətində Valeriya Məmmədova, Kseniya Pozdnyak, Odina Bayramova, Nootsara Tomkom, Vanna Buakaeva, Cessika Cons, Fatu Diuk, Haley Ekkerman, Medison Kinqdon, Straşmira Filipova, Stefaniya Enrayt və Nataliya Valentin mübarizə aparacaq.

Çempionlar Liqası yarışlarının qrup mərhələsində “Azərreyl” Bakının “Lokomotiv”, Almaniyanın “Ştutqart” və Rusiyanın “Dinamo” (Kazan) kollektivləri ilə üz-üzə gələcək.

Xəbər 801 dəfə oxundu.