Azərbaycan yığması Gürcüstanda növbəti yoxlama oyununda qüvvəsini sınayıb
Gürcüstanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Tbilisinin “Lokomotiv” klubu ilə yoxlama oyunu keçirib.

Yığmamız 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Sxinvali” klubunun əvəzedici heyətinə 6:1 hesabı ilə qalib gəlmişdi.

AZƏRTAC

Xəbər 679 dəfə oxundu.