UEFA "Qarabağ" və "Qəbələ"nin ev oyununun vaxtını dəyişdi
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" və "Qəbələ"nin ev oyunlarının vaxtı təsdiqlənib.

Hər iki komandamızın bir ev oyunu saat 20:00-da başlayacaq.

"Qəbələ"nin III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın isə IV turda Fransanın "Monako" klubları ilə oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da deyil, saat 20:00-da start götürəcək. Bu oyunlar müvafiq olaraq 22 oktyabr və 5 noyabr tarixlərində keçiriləcək.

"Qəbələ"nin PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya), "Qarabağ"ın isə "Anderlext" (Belçika) və "Tottenhem" (İngiltərə) ilə ev oyunları isə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi" və "Qarabağ"ın ev oyunlarının start fiti saat 21:00-da verilib.

Xəbər 694 dəfə oxundu.