Zoran Qayiç: Bu gün hədər vaxt itirdik
«Rabitə»nin baş məşqçisi Zoran Qayiç Super Liqanın VII turunda «Azərreyl» ilə keçirilmiş matçla bağlı fikrini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, serbiyalı mütəxəssis, adı çəkilən görüşü hər 2 komanda üçün hazırlıq kimi qiymətləndirmədiyini deyib:

«Bu gün rəqibin belə heyətlə çıxacağını gözləmirdim. Onlarda Polina Rəhimova, bizdə isə Nataşa Osmokroviç oynamırdı. “Azərreyl”də Rəhimova, bizdə isə imkan olsaydı Osmokroviç meydana çıxmasını istərdim. Çempionlar Liqası öncəsi komandamın hansı vəziyyətdə olması mənə çox maraqlı idi. Hesab edirəm ki, hədər vaxt itirdik və bu matçda heç nə qazanmadıq».

Qeyd edək ki, “Rabitə” yarışın digər favoriti “dəmiryolçular” üzərində 3:0-lıq qələbə sayəsində, turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Xəbər 1109 dəfə oxundu.