"Qəbələ"nin futbolçusu yığmada fərqləndi
"Qəbələ"nin futbolçusu Ermin Zets şərəfini qoruduğu Bosniya və Herseqovinanın millisinin heyətində növbəti oyununa çıxıb.

27 yaşlı futbolçu "Avro-2016"nın seçmə mərhələsində Andorra ilə görüşdə iştirak edib.

Oyun Bosniya və Hersoqovina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə meydanda olan Zets ilk qolun ötürməsini verməklə fərqlənib.

Xatırladaq ki, bu qələbədən sonra xalını 11-yə yüksəldən Bosniya və Hersoqovina yığması turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasının heyətində yer alan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Andorra ilə görüşdə iştirak etməyib.

Xəbər 684 dəfə oxundu.