"Baku Open 2015" C (uşaq) turniri start götürüb
Sentyabrın 06-da Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş “ Baku Open 2015” beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında) start götürüb.

Yarışda Özbəkistandan və ölkəmizin müxtəlif şəhər və rayonlarından, 90 zəka sahibi qələbə uğurunda mübarizə aparırlar. Turnir isveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir və sentyabrın 14-də başa çatacaq.


Xəbər 745 dəfə oxundu.