Rəqiblərimizin duelindən Türkiyə qalib ayrıldı
Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri olan Türkiyə və Belçika bir-biri 3 yoxlama matçı keçirib. Leuvendə hazırlıq çərçivəsində baş tutan qarşılaşmalar “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb.

Belə ki, onlar final mərhələsinə Hollandiya ilə birgə ev sahibliyi edəcək Belçikanı hər 3 qarşılaşmada məğlub ediblər – 3:2; 3:1; 3:0.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 26-da start götürəcək həlledici mərhələdə ilk görüşünü türklərə qarşı keçirəcək.

Xəbər 674 dəfə oxundu.