İslandiya millisi Avro-2016-ya vəsiqə qazanıb
İslandiya millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşıb. Oyunda hesab açılmayıb. Beləliklə, İslandiya yığması A qrupunda xallarının sayını Çexiya millisi ilə bərabərləşdirib. Hər iki komandanın 19 xalı var.

Bununla da İslandiya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.

İslandiyalılar sentyabrın 9-da öz meydanlarında Türkiyə millisi ilə qarşılaşacaq.

Xəbər 665 dəfə oxundu.