"Zirə"nin legioneri oynadı, millisi məğlub oldu
Şimali, Mərkəzi Amerikada 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

"Zirə"nin legioneri Rihayro Moylensin çıxış etdiyi Kuraçao millisi Salvador yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Moylens Kuraçao millisinin heyətində 78 dəqiqə oynayıb.

Xəbər 683 dəfə oxundu.