Rəşad Sadıqov: Bizi ciddi sınaq gözləyir
Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib:

"Bizi Malta ilə oyunda ciddi sınaq gözləyir. Asan olmayacaq. Malta bu seçmə mərhələdə özünü yaxşı tərəfdən göstərir. Bu komanda heç kimə asanlıqla uduzmur. Kollektiv şəkildə həm müdafiə olunmağı, həm də hücum etməyi yaxşı bacarırlar. Hücum xəttində təhlükəli futbolçuları var. Amma biz də nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xəbər 681 dəfə oxundu.