Azərbaycanın gənc futbolçuları belaruslu yaşıdlarını məğlub edib
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Belarusun Orşa şəhərində növbəti yoldaşlıq oyunu keçirib.

Belaruslu yaşıdları ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin vurduğu qol sayəsində səfər oyununda 1:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş yoldaşlıq görüşü 0:0 hesabı ilə yekunlaşmışdı.

Xəbər 687 dəfə oxundu.