Millimizin rəqibləri üz-üzə
AÇ-2016-nın seçmə mərhələ həyəcanı davam edir. Azərbaycan yığmasının səfərdə Malta ilə qarşılaşacağı gündə "H" qrupunda daha iki görüş baş tutacaq.

Belə ki, Norveç yığması evdə bir neçə gün öncə Bakıda millimizlə görüşdə xal itirən (0:0) Xorvatiyanı qəbul edəcək.

Elə xorvatların Bakıdakı xal itkisindən sonra liderliyi ələ keçirən İtaliya isə Bolqarıstana qalib gəlməyə çalışacaq.

AÇ-2016-nın seçmə mərhələsi
"H" qrupu
6 sentyabr

21:00. Norveç - Xorvatiya
Oslo. "Ullevol" stadionu. Baş hakim - Viktor Kaşşai (Macarıstan).

23:45. İtaliya - Bolqarıstan
Palermo. "Rentso Barbera" stadionu. Baş hakim - Sergey Karasev (Rusiya).

Xəbər 669 dəfə oxundu.