Astaralı idmançı budo döyüş idman növü üzrə dünya çempionatında qızıl medal qazanıb
Böyük Britaniyanın Norviç şəhərində Şərq idman döyüş növü olan budo üzrə dünya çempionatında astaralı idmançı Ramiq Rəhmanov uğurla çıxış edib.

Dünya çempionatında Azərbaycan Budo Federasiyanın prezidenti, onuncu dan qara kəmər sahibi Faiq Rəfiyevin rəhbərliyi ilə yığma komandanın tərkibinə daxil olan 10 idmançımız əzmlə yarışaraq 3 qızıl medal qazanıb.

Dünya çempionatında astaralı idmançı Ramiq Rəhmanov 70 kiloqram çəki dərəcəsində full-kontakt döyüş sistemləri üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Həmyerlimizin şərəfinə Azərbaycan bayrağı ucaldılıb və Dövlət himni səsləndirilib.

Ramiq Rəhimov Norviç şəhərində, həmçinin qreplinq döyüş növü üzrə yarışlarda da qüvvəsini sınayıb. Daha çətin keçən bu döyüşlərdə həmyerlimiz rəqiblərinə qalib gələrək finaladək irəliləyib. O, final mərhələsində xal hesabı ilə rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Astara Rayon Gənclər və İdman İdarəsində Ramiq Rəhimovla keçirilən görüşdə çıxış edənlər gənc idmançıya yeni-yeni qələbə sevincləri arzulayıblar.

Xəbər 742 dəfə oxundu.