"Neftçi"dən ayrılan qolkiperin yeni ünvanı məlum oldu
"Neftçi"dən ayrılan Pavel Doroşev özünə iş yeri tapıb.

Latviyalı qapıçı karyerasını vətənində davam etdirmək qərarına gəlib. Belə ki, Doroşev "Liepya" klubuna keçib. O, artıq yeni klubunda debüt edib. 34 yaşlı qolkiper Latviya çempionatının "Metta" və "Ventsplis" klubları ilə oyunlarında meydana çıхaraq 180 dəqiqə oynayıb.

Qeyd edək ki, 2009-2012-ci illərdə "Qəbələ"də çıхış edən Doroşev 2013-2015-ci illərdə "Neftçi"nin formasını geyinib.

Xəbər 682 dəfə oxundu.