"Kəpəz" "Turan Tovuz"a məğlub oldu
“Kəpəz”in əvəzedici komandası Avro-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində ikinci yoxlama oyununu keçirib.

Azər Məmmədovun yetirmələri birinci divizion klubu olan “Turan Tovuz”la qarşılaşıb. Tovuzda keçirilən oyun yerli komandanın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, “Kəpəz”in əvəzedici heyəti bundan öncə birinci divizionun digər təmsilçisi “Şəmkir”lə üz-üzə gəlmişdi. Həmin oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.

Xəbər 747 dəfə oxundu.